Çimərlik futbolu üzrə Azərbacyan millisinin kapitanı Asif Zeynalov koronavirusla mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, informasiyanı AFFA-nın "Facebook” səhifəsi yayıb.
37 yaşlı yarımmüdafiəçi Bakı küçələrinin dezinfeksiya olunması işlərində yaxından iştirak edib.
Zeynalovun həm də Fövqəladə Hallar Nazirliyində xilasedici kimi çalışdığını bildirək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol