
İyulun 18-19-da Gəncə İdman Sarayında “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirildi.
Fanat.Az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin karateçiləri ilə yanaşı, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyanı təmsil edən komandaların tərkibində ümumilikdə 600 idmançı iştirak edirdi.
Turniri yerli və xarici mütəxəssislərdən ibarət 32 nəfərlik hakimlər heyəti idarə etdi. Hakimlər heyətində 12 beynəlxalq dərəcəli hakim təmsil olunurdu.
Turnir Azərbaycanda karatenin inkişafına, yeniyetmə və gənclərin vətənpərvər və yüksək mənəvi ruhda yetişdirilməsinə , perspektivli idmançıların müəyyənləşdirilməsi və beynəlxalq idman əməkdaşlığının genişləndirilməsinə xidmət edir.
Tədbirin açılış mərasimində şəhid ailə üzvləri və qazilər, Milli Məclisin deputatları və Gəncə şəhəri icra hakimiyyətinin rəhbərliyi,həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.