Xorvatiyanın Samobor şəhərində 30-cu Qran Pri turnirində iştirak edən karateçilərimiz yarışın ilk günü bir qızılı medal qazanıb.
Fanat.Az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələr arasında mübarizə aparan Veronika Qaşnikova 47 kiloqram çəki dərəcəsində turnirin qalibi olub. O, ardıcıl olaraq Xorvatiya, İsveç, İtaliya və Macarıstandan olan rəqiblərini məğlub edib.
Digər idmançılarımız mübarizəni bu gün və sabah davam etdirəcəklər.
Xatırladaq ki, Qran-Pridə 33 ölkədən 1769 idmançı iştirak edir.