Azərbaycan və Belarusu təmsil edən məşhur kikboksçu Çingiz Əlləzovun növbəti döyüşünün vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempionu avqustun 5-də “ONE Fight Night 13”də erməni döyüşçü Marat Qriqoryanla qarşılaşacaq.
Əlləzov Tailandın paytaxtı Banqkokda keçiriləcək döyüşdə titulunu qorumağa çalışacaq.