Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.
Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretska (68 kq) və Tural Ağalarzadə (67 kq) baş mükafata yiyələniblər. Komandamızın hesabında həmçinin bir gümüş və altı bürünc medal var.