Azərbaycan kikboksçusu Amin Quliyev Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirin qalibi olub.
Fanat.Az xəbər verir ki, bu barədə onun məşqçisi, məşhur idmançı Eduard Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, “Ağ canavar” ləqəbli idmançı "Wizard Open" turnirində 57 kiloqram çəki dərəcəsində keçirdiyi üç döyüşü qələbə ilə bitirərək baş mükafata sahib çıxıb.