14:32 15.02.2023 733

İdman jurnalistləri "Qarabağ"a inanırmı? - SORĞU

Sabah "Qarabağ" Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində Belçikanın "Gent" komandasını qəbul edəcək.

Pley-off matçına bir gün qalmış bir neçə idman jurnalistindən "Tofiq Bəhramov"da baş tutacaq dueldən hansı nəticəni gözlədiklərini və "köhlən atlar"ın mərhələ adlayacağına inanıb-inanmadıqlarını soruşduq. Media mənsublarının Fanat.Az-a açıqlamaları belə oldu:

Mahir Rüstəmli, "Futbol+" qəzeti: "Konkret qələbə hesabı söyləmək çətindir, ancaq bütün hallarda "Qarabağ" Belçikada meydana rəqibdən ən azı bir addım öndə çıxmalıdır. Azərbaycan çempionu bu rəqibi sıradan çıxarmağa qadirdir və çıxaracaq. Kadi ilə Ovusu qalsaydı, mən bunu daha inamla iddia edərdim. Amma onlarsız da "Qarabağ" belçikalılardan güclüdür. Bu qələbə təkcə "Qarabağ"a və Qurban Qurbanova yox, bu dəqiqə Azərbaycana da çox lazımdır".

Rəşad Ergün, "komanda.az" saytı: "Qarabağ"ın qapıçı problemini, Kadi Borgesin gedişini və heyətə cəlb olunan yeni futbolçuları nəzərə alsaq, düşünürəm ki, kifayət qədər çətin olacaq. Amma məncə, "Qarabağ" Bakıdakı oyunda ən azı heç-heçəyə nail ola bilər. Azərbaycan çempionu Belçikanın daha məşhur klubu olan "Anderlext"ə qarşı yetərincə yaxşı oyunlar keçirib. "Gent"i keçmək olar. Mənə görə, "Qarabağ" bu cütdə daha üstün tərəfdir. Sadəcə, heyətdəki bəzi çatışmazlıqlar problem yarada bilər ki, ümid edək, Qurban Qurbanov artıq bunlara çoxdan çıxış yolunu düşünüb".

Kənan Məstəliyev, "rekord.az" saytı: "Mən bu cütlükdə favorit qismində məhz "Qarabağ"ı görürəm və əminəm ki, təmsilçimiz növbəti tura adlayacaq. Bunun üçün bir neçə səbəblər var. Əvvəla, "Qarabağ" daha sabit, oyun sistemi oturuşmuş, illərdi avrokuboklarda uğurla mübarizə aparan komandadır. Qurban Qurbanovun yetirmələri daha istəklidir, onlar üçün bu matçlar tarixi əhəmiyyət daşıyır. Ağdamlılar öz çempionatlarında şəksiz liderdirlər. "Gent"də isə problemlər var. Rəqibin komandadaxili ab-havası yaxşı deyil, məşqçilərlə rəhbərlik arasında narazııqlar var, heyət tam komplektləşmiş sayılmır. Belə demək olarsa, "Gent" Bakıya hazır gəlmir. "Qarabağ" bundan maksimum yararlanmalı, turun taleyini ilk matçda həll etməlidi. Proqnozum sabahkı matçda qələbədir".

Ceyhun Rzayev, ATV: "Qarabağ"ı çətin sınaq gözləyir. Şahruddin və Kadinin olmaması ciddi problemdir. Bu gün üçün yerlərini doldurmaq mümkün deyil. Əsas ilk oyunda uduzmamaqdır. Yaxşı nəticəyə ümid edirəm"

Ruslan Mikayıllı, "azerisport.com" saytı: "Qarabağ"dan gözləntilərimiz həmişə böyük olub. Qapıçı problemi olmasaydı, hardasa şansları 60-ın 40-a dəyərləndirərdim. Amma Şahruddinin yoxluğunda məncə, çox ağır olacaq. Böyük ehtimalla, qapı Amin Ramazanov tapşırılacaq. Təcrübəsiz qapıçı bu oyunlardan üzüağ çıxa bilsə, növbəti mərhələ şansızmız olacaq. Əks halda, avrokubok mövsümü bizim üçün elə burada bitəcək. "Gent" təhlükəli rəqibdir və bu itkimizdən yararlanmağa çalışacaq".

Daşqın Əziz, "offsideplus.az" saytı: "Gent" Bakıya ciddi itkilərlə gəlir. Keçirdiyi son matçlarda məğlubiyyətlə də üzləşib. O cümlədən Belçika mətbuatında "Qarabağ" haqda tirajlanan yazılar da "Gent" cəbhəsində narahatlıq yaradıb. Vaxtilə "Anderlext" və "Brügge" ilə keçirilən oyunları xatırladan belçikalı həmkarlarımız görüşün heç də asan olmayacağına diqqət çəkiblər. Bunları nəzərə alsaq, rəqibin motivasiyası elə yüksək deyil. Düzdür, "Qarabağ" da son oyunlarda xal itirdi və komandanın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədəlidir. Hər iki komanda üçün ağır oyun olacaq. Zənnimcə, ilk görüşdə "Qarabağ" 1:0 hesabı ilə qalib gələcək. Səfər matçında da 1:1 hesablı bərabərlik qeydə alınacaq və təmsilçimiz mərhələni keçəcək".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X