11:42 17.02.2023 1632

"Gent"in bu qədər səhv edəcəyini gözləmirdim" - Aslan Kərimovdan şərh

Ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" Belçikanın "Geni" klubu ilə qarşılaşıb. Bakıda keçirilən görüşdə Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın çıxışını dəyərləndirib:

"Bilirdik ki, "Qarabağ" "Gent"dən daha güclü, daha səviyyəlidir. Elə oyunun özü də bunu göstərdi. Düzdür, ilk hissə bizə uyğun olmadı, "Gent" daha yaxşı oyun nümayiş etdirdi. Çünki "Qarabağ"ın müdafiə və yarımmüdafiə xətti bir balaca çaşqınlıqda idi. Rəqibin öndə bu qədər pressing edəcəyini bəlkə də gözləmirdilər. Ona görə də paslarımız alınmırdı.

Zaman keçdikcə, texnikalı oyunçular rəqibi azaltmağı bacardılar. Zubir cinahlarda təkbətək epizodları keçdikcə, rəqib nisbətən geridə qalmağa məcbur oldu. Və beləcə yavaş-yavaş geriyə çəkilməyə başladılar. Bunun sayəsində ikinci hissədə oyunu öz tərəfimizə keçirə bildik. Əslində hesab 2:0 ola bilərdi. Sadəcə penaltini qaçırdıq. Ümumi götürsək, "Qarabağ" futbolçuları həm cinahlarda, həm də müdafiə xəttində özlərini yaxşı tərəfdən göstərə bildilər.

Oyunla bağlı bir məqamı da qeyd etməyə dəyər ki, "Gent"in müdafiə xəttində bu qədər səhvlər edəcəyinə inanmırdım. Arxa xətt oyunçuları kobud səhvlərə yol verib, topu itirirdilər. Həqiqətən bu dərəcədə olacağını gözləmirdim. Bəzən təzyiq olmadığı halda belə topu "Qarabağ"ın oyunçularına ötürürdülər. Artıq "Qarabağ"ın bu səhvlərdən istifadə etməsi gərək idi. Ki, bundan faydalanmağa müvəffəq oldular. Əminəm ki, cavab oyunu Bakıdakı qarşılaşmadan daha rahat olacaq.

Düzdür, "Gent" evdə oynayacaq, ilk oyundan daha açıq futbol nümayiş etdirəcəklər. Ancaq belə səhvlərdən sonra inanmıram ki, "Gent"in müdafiəçiləri Belçikada da yalnışlara yol verməsinlər. Dünənki çıxışlarına baxdıqda, əminəm ki, cavab oyununda da kifayət qədər səhv edəcəklər. Bu da bizə mərhələ adlamağa imkan yaradır. İkinci oyunda da "Qarabağ"ın qalib gələcəyinə inanıram".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 23 fevralda Belçikada keçiriləcək. 

Röya

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

Facebookdan bizi izləməyi unutmayın.
X