Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünün qalibi bəlli olacaq.
Fanat.Az xəbər verir ki, final matçında İtaliyanın "Fiorentina" klubu ilə İngiltərə təmsilçisi "Vest Hem" qarşılaşacaq.
Matçdan öncə UEFA-nın rəsmi saytına danışan "Vest Hem"in hücumçusu Carrod Bouen qəribə hisslər keçirdiyini açıqlayıb:
"Finalda oynamaq... Bu, heyrətamiz hissdir. 3 ildir bu klubda çıxış edirəm. Əgər 3 il əvvəl mənə avrokubok yarışında finala çıxacağımızı desəydilər, barmağımı dişləyərdim. Final matçında çox sayda azarkeş gələcək. Özümüz, sevdiklərimiz və azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirik. Son illərdə xüsusi komanda qurmuşuk. Yaxşı dönəmlərimiz oldu. Ancaq finalda qalib gəlsək, bu, gördüyümüz işlərin nişanı olacaq".
Qeyd edək ki, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.
Röya