17:44 21.06.2023 4579

"Omoniya"nın "ürəyi" azərbaycanlıdır - "Qəbələ"nin rəqibini "Qarabağ" "döyüb" 

"Qəbələ"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Omoniya" oldu. Bu yazıda Kipr təmsilçisini bir qədər yaxından tanıtmağa çalışacağıq.

Kommunistlərin yaratdığı "üçyarpaqlar" 

1948-ci ildə Yunanıstanda gedən vətəndaş müharibəsi zamanı siyasi baxışları üst-üstə düşməyən APOEL klubunun üzvləri iki yerə parçalanır. Bu səbədən sözügedən klubdan ayrılan kommunistlər "Omoniya"nı yaradırlar. O vaxtdan bəri "üçyarpaq" APOEL-in barışmaz rəqibidir. Bu komandalar arasında keçirilən matçlar Nikosiya derbisidir. "Yaşıllar" ada dövlətin ən titullu klublarından biridir. 21 dəfə ölkə çempionu adını qazanan "Omoniya" 16 dəfə Kipr Kubokunda, 17 dəfə Superkubokunda rəqib tanımayıb.  

Belçikalı gedib, yerli gəlib 

Komanda ev oyunlarını 28 867 azarkeş tutumuna malik QSP stadionunda keçirir. Klubun prezidenti Stelios Milonasdır. Mövsümə belçikalı mütəxəssis Yannik Ferrera ilə başlayan Nikosiya təmsilçisini bu ilin fevralından yerli mütəxəssis Sofronis Avqusti çalışdırır. O, Kipr çempionatında "Anortosis"dən alınan 1:4 hesablı darmadağının ardından qovulan həmkarını əvəzləyib. Avqustinin nətcələri o qədər də ürəkaçan deyil. Belə ki, "Omoniya" 46 yaşlı çalışdırıcının rəhbərliyi altında 19 oyuna çıxıb. Bu qarşılaşmaların 9-da uduzan "yaşıllar" 3 matçda bərabərliyə nail olub. Çempionatda 6-cı yeri tutan kollektiv Konfrans Liqasına Kipr Kubokunun qalibi qismində vəsiqə qazanıb. "Üçyarpaqlar" mayın 24-də AEL-i 1:0 yenərək titula sahib çıxıb. Maraqlıdır ki, AEL-lə həlledici matçı Çempionlar Liqasının finalında fit çalan polşalı Şimon Martsinyak idarə edib.

Ən yaxşı assitent azərbaycanlıdır

"Omoniya"nın 2022/2023 mövsümündə ən yaxşı bombardiri 29 yaşlı braziliyalı Bruno olub. Nikosya təmsilçisi 8 qol vuran vingerlə ötən ilin yayında 2 illik müqavilə bağlasa da, bu qış 1,4 milyon avro qarşılığında digər Kipr klubu "Pafos"a satıb. "Qəbələ"nin rəqibinin son mövsümdə ən çox məhsuldar ötürmə edən oyunçusu isə Ərdəbil doğumlu, İran millisinin azərbaycanlı forvardı Kərim Ənsarifərddir. O, 7 dəfə komanda yoldaşlarının fərqlənməsinə yardımçı olub. 33 yaşlı Kərim həm də geridə qalan "futbol ili"ndə 4 dəfə rəqib qapılarına yol tapıb.

"Qarabağ"ın səfərdə darmadağın etdiyi komanda

"Omoniya" azərbaycanlı futbolsevərlərin yaddaşında daha çox 2021-ci ildə, Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"la mübarizə apardığı üçün qalıb. Səfərdə baş tutan ilk görüşdə hesabda geri düşən ağdamlılar sonradan 4 qol vuraraq nikosiyalıları darmadağın etmişdisə, Bakıdakı qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.

Xatırladaq ki, Konfrans Liqasında II mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. "Qəbələ" ilk oyununa evdə çıxacaq.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2024
13:56

"Bayer Leverkuzen" "bitdi" demədən bitməz - İnanılmaz statistika

13:39

"Real"ın sabiq ulduzları yenidən bir komandada - SON DURUM

13:20

"Sabah" önəmli matça 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:02

İlin ən yaxşı oyunçusu adına namizədlər bilindi - SİYAHI

12:45

Avropanın ən yaxşı məşqçisi kim olacaq? - Namizədlər açılqandı

12:28

"Kəpəz" "Neftçi"yə qarşı "yarımcan" heyətlə oynayacaq - AÇIQLAMA

12:07

Nadal tennis tarixində yeni rekorda imza atdı

11:46

"Bayer"in futbolçusu "Roma" ilə oyundakı "kambək"dən danışdı: "0:2-dən qayıtmağımız..."

11:26

"Zirə" - "Qarabağ" oyununun hakimi bilindi

11:04

Ronaldu "Əl-Nəsr"i qələbəyə daşıdı

10:45

Bu gün Ulu Öndərin doğum günüdür

10:27

Braziliya millisinin sabiq üzvü oyunda həbs olundu - SƏBƏB

10:06

"Neftçi"nin 4 futbolçusu "Kəpəz"ə qarşı oynamayacaq

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:23

Kvaratsxeliya İtaliyanı Fransaya dəyişir - Danışıqlar başladı

09:00

MPL: "Neftçi" "Kəpəz"ə qarşı - YENİLƏNİR

01:12

KL: "Fiorentina"nın finaldakı rəqibi "Olimpiakos" oldu

01:05

Avropa Liqasında finalçılar müəyyənləşdi

09 May 2024
20:22

"Barselona" dünya çempionu ilə anlaşdı - SON DURUM

19:30

Bu klub Qrem Potteri tarixinin ən bahalı məşqçisi etməyə hazırlaşır

18:45

İstanbul nəhəngi "Arsenal"ın futbolçusuna elçi düşdü

17:50

Gələn həftə İngiltərənin ən yaxşı gənci elan olunacaq

17:16

"İki top fərqi ilə üstün olsaq da..." - Xabi Alonso 

16:59

Mbappenin PSJ ilə vidalaşacağı tarix açıqlandı

16:41

İPL: Mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var

16:23

"Barselona" Kubarsi ilə müqavilə yenilədi - Onu istəyən bu qədər ödəməlidir

16:05

"Deməyə söz tapmıram" - Manuel Noyer

15:48

"Hamı bizi finalda görmək istəyirdi"

15:30

İPL: Mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

15:13

Minifutbol turnirinin qalibi bilindi

14:55

"Bayern Münhen"in haqqının yeyildiyi sübut olundu - FOTO

14:36

PSJ rəhbərliyi yekun qərarını verdi - Enrikenin aqibəti necə olacaq?

14:19

Messinin ilk müqavilə vərəqi hərraca çıxarıldı - İnanılmaz məbləğ

14:00

Türk ulduz İstanbul nəhəngindən ayrılacaq

13:39

"Barselona"nın ulduzuna inanılmaz tələbat - 30 klubdan təklif göndərildi

13:06

Kroos yalnız Ronaldudan geri qalır

12:48

Ançelotti Ferqyussonun rekordunu təzələdi

12:29

"Real"a qarşı heç vaxt belə səhv etməzlər" - Tuxel hakimi qınadı

12:11

"Qalatasaray"ın ulduzu qərarını verdi - SON DURUM

11:52

Modriçdən emosional paylaşım - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X