14:32 28.07.2023 639

"Qol fürsətini dəyərləndirə bilmədiyim üçün üzgünəm" - Musa Qurbanlı

“Lütsern”lə oyunda yaxaladığım qol fürsətini dəyərləndirə bilmədiyim üçün üzgünəm. Adətən belə imkanları qaçırmıram".

Fanat.Az “fotbollskanalen.se”yə istinadən xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı deyib.

 UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan ilk qarşılaşmanın - evdə İsveçrə təmsilçisi “Lütsern”ə uduzduqları (1:2) matçın ardından fikirlərini bölüşüb:

“Nəticə yaxşı olmadı. Bu, məyusedicidir. Amma təslim olmayacağıq. İkinci görüşdə vəziyyəti dəyişməyə çalışacağıq. Ən yaxşı fiziki formama çatmaq üçün mənə bir qədər vaxt lazımdır. İsveçdə mövsümün ortasındayıq və buradakı futbolçular artıq 15-dən çox oyun keçiriblər. Sabiq komandamla təlim-məşq toplanışında idim, ancaq yaxşı formaya düşmək üçün bir qədər oyun praktikasına ehtiyac var. Fiziki durumumu yaxşılaşdırmaq üçün bir neçə görüş kifayət edər. Həm də komandanı daha yaxşı tanımalıyam ki, meydanda qarşılıqlı əlaqə yüksək səviyyədə olsun. Bir neçə qarşılaşmadan sonra hər şey yaxşı olacaq.

Şəhər, insanlar - bir sözlə, burada hər şey çox gözəldir. Azarkeşlərimiz isə möhtəşəmdirlər. Meydançaya çıxanda xüsusi ab-havada oynadığımızın fərqinə varırıq. Bu, bizim üçün əlavə motivasiyadır”.

Qeyd edək ki, “Yurqorden” “Lütsern”lə səfər oyununa avqustun 3-də çıxacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 Aprel 2024
23:55

PSJ 18 yaşlı futbolçusu ilə müqavilə yenilədi

23:36

"Bayer Leverkuzen" əsrin rekorduna imza atdı

22:44

"Nə baş verdiyini bu gün desəm..." - Salah Kloppla niyə mübahisə edib?

22:27

Renat Dadaşov qol vurdu, komandası...

22:01

Salah Kloppla mübahisə etdi

21:43

Renduliç "Sabah"ı 3-cü pilləyə yüksəldən qələbəni dəyərləndirdi

20:53

"Rəqib qapıçının çıxışı möhtəşəm idi" - Diniyevdən məĝlubiyyət şərhi

19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

13:58

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

13:28

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

13:03

"Komanda sayının artırılmasının tərəfdarıyam, amma... - Bəxtiyar Musayev

12:26

MPL: 32-ci turun təyinatları bilindi

11:56

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

11:24

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

10:06

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

09:55

"Traktor" 1/4 finalda

01:25

Arda Gülər "Real"a qələbə qazandırdı

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Facebookdan bizi izləməyi unutmayın.
X