UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Beşiktaş”ın Bakıya gətirəcəyi heyət bəllidir.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün Azərbaycanda olacaq İstanbul nəhənginin Bakıya 23 oyunçu ilə təşrif buyuracaq.
Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur. Baş məşqçi Şenol Güneş iştirak ərizəsində yer alan Emir Yaşar, Göktuğ Baytekin, Artur Masuaku, Aytuğ Kömeç, Raşid Gezzal, Berkay Vardar, Emirhan Delibaş, Cenk Tosun, Azad Dəmir və Mustafa Həkimoğlunun İstanbulda qalmalarını uyğun sayıb.
Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran.
Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş.
Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Jedson Fernandeş, 99. Emrecan Bulut.
Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.
Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da start götürəcək.