"Sabah"ın kapitanı Elvin Camalovun son vəziyyətinə aydınlıq gəlib.
"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Latviyanın RFŞ komandasına qarşı Masazırda keçirilən oyunda (2:1) zədələnən orta xətt oyunçusunun qabırğası sınıb:
"Müayinə zamanı Elvinin qabırğasında sınıq aşkarlandı. "Partizan"la səfər matçında da meydana çıxa bilməyəcək. İndilik problemi nə vaxt geridə qoyacağı dəqiq bilinmir. Həkimlər komandanın sıralarına mümkün qədər tez qayıtması üçün əllərindən gələni edəcəklər".
Nihat