UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Beşiktaş" - "Neftçi" matçının başlama vaxtı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, görüşün start fiti öncədən elan edildiyi kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da səsələndiriləcək.
Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.