
Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a 90+8-ci dəqiqədə qol vuraraq qalib gəldikləri matçdan - UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında 1:0 hesablı qələbəni belə şərh edib:
"Bu gün oyunçularımdan çox məmnunam və onlarla fəxr edirəm. Futbolçularımızın əla iş gördüklərini deyə bilərəm. İlk dəqiqədən sona qədər bizi dəstəkləyən azarkeşlərə öz təşəkkürümü çatdırmaq istərdim. "Levski"nin baş məşqçisi olmaqdan qürur duyuram.
Yaxşı nəticə qazanmaq üçün yaxşı formada olmalısan və gözəl oyun nümayiş etdirməlisən. Futbolçularım təvazökar davranmalıdırlar, çünki Azərbaycanda b8zi çətin qarşılaşma gözləyir. Özümüzü cütün favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər".
Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək.