
Konfrans Liqasının 1-ci təsnifat mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, mərhələnin əksər qarşılaşmaları bu gün baş tutub.
“Zirə” Kutaisi “Torpedo”sunu Gürcüstanda da məğlub edərək növbəti mərhələyə yüksəlib. Azərbaycan təmsilçisini qarşıdakı raundda “Payde” (Estoniya) ilə görüşlər gözləyir. Estoniya təmsilçisi “Hegelman”ı (Litva) mübarizədən kənarlaşdırıb.
"Neftçi"nin KL-in 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin - Şimali Makedoniya "Sileks"i ilə "Dinamo"nun (Minsk, Belarus) birincilərin meydanında reallaşan ikinci dueli də gərgin alınıb. Evdə 1 cavabsız qolla yenilən "Dinamo" qonaq qismində rəqib qapısına yol tapıb. Yekun nəticəni penalti seriyası müəyyənləşdirib. Daha dəqiq olan minsklilər "Neftçi" ilə üz-üzə gəlmək hüququ qazanıblar.
Qazaxıstan "Astana"sı ikinci görüşdə öz meydanında Albaniya "Dinamo Siti"sinə böyük hesabla yenilərək avrokubokla vidalaşıbsa, Tiflis "Dinamo"su səfərdə "Mondorf"la (Lüksemburq) qollu heç-heçəyə razılaşaraq (gürcülər evdə 2:1 hesabı ilə qalib gəlmişdilər) sevinən tərəf olub.
Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
16 iyul
Astana (Qazaxıstan) – Dinamo Siti (Albaniya) 1:4 (0:1)
İnter Turku (Finlandiya) – Sarayevo (Bosniya və Herseqovina) 2:1 (1:1)
Yelimay (Qazaxıstan) – Alakşkert (Ermənistan) 2:2, penaltilər 5:6 (1:1)
İlves (Finlandiya) – Differdanj (Lüksemburq) 3:1 (0:0)
Payde (Estoniya) – Hegelmann (Litva) 3:0 (1:1)
Pünik (Ermənistan) – Marsaxlokk (Malta) 1:0 (3:0)
Sent Jozefs (Cəbəllüttariq) – Bohemians (İrlandiya) 0:0 (0:2)
Torpedo (Kutaisi, Gürcüstan) – Zirə (Azərbaycan) 0:3 (0:3)
Levadiya (Estoniya) – Kaernarfon Taun (Uels) 5:0 (5:0)
RFS (Latviya) – Qlentoran (Şimali İrlandiya) 2:0 (2:1)
BATE (Belarus) – Elbasani (Albaniya) 0:0, penaltilər 5:4 (1:1)
Dinamo (Tiflis, Gürcüstan) – Mondorf (Lüksemburq) 1:1 (2:1)
Santa Koloma (Andorra) – Penibont (Uels) 3:0 (1:0)
Milsami (Moldova) – Veles (Bosniya və Herseqovina) 0:1 (1:1)
Vikinqur (Şimali İrlandiya) – Styarnan (İslandiya) 2:2 (1:3)
Jalgiris (Litva) – Petrovaç (Monteneqro) 2:1 (3:1)
Hamrun Spartans (Malta) – Runavik (Farer adaları) 1:2 (1:1)
Balkani (Kosovo) – Nomads (Uels) 3:2 (0:0)
Şkendiya (Şimali Makedoniya) – Europa (Cəbəllüttariq) 1:0 (5:0
Sileks (Şimali Makedoniya) – Dinamo (Minsk, Belarus) 0:1, penaltilər 5:6 (1:0)
Linfild (Şimali İrlandiya) – Nomme Kalyu (Estoniya) 2:2 (0:1)
Mornar (Monteneqro) – Atletik Eskaldes (Andorra) 1:2 (1:2)
Virtus (San Marino) – Dila (Gürcüstan) 1:0 (1:3)