
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, yarışa 2-ci mərhələdən qoşulan "ağ-qaralar" Belarusun “Dinamo Minsk" komandası ilə üz-üzə gələcək.
Bakıda keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək. "Palms Sports Arena"da baş tutacaq baş tutacaq qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Beləliklə, üç il fasilədən sonra avrokuboklara çıxan “Neftçi” dönüşünü növbəti başlanğıcla etməyə və azarkeşlərini yeni mövsüm öncəsi ümidləndirməyə çalışacaq.
Qeyd edək ki, "Neftçi" ilə "Dinamo Minsk" arasında cavab oyunu ayın iyulun 30-da Bolqarıstanda baş tutacaq.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
22 iyul
Neftçi – Dinamo Minsk 2:3 (ikinci hissə)
Qollar: Emin Mahmudov, 2. İqor Ribeyro, 8. - K. Vardanyan, 36, 57. Y. Malaşeviç, 47.
Hakimlər: Konstantinos Fellas, Marios Kaloqirou, Giorgios Çaralampous, Konstantinos Neofytou (Kipr).
Bakı. “Palms Sports Arena”.
"Neftçi": 1. Emil Balayev, 77. Falaye Saçko, 55. Andreu Qravilyon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klisman, 6. Sessi D`Almeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 29. Lubomir Tupta, 11. İmad Faraj
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeyani Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu
"Dinamo": I. Shimakovich, A. A. Toure, V. Kalinin, A. Ivanov, G. Gurban, F. Abdullahi, A. Zhechko, A. Selyava (K), Y. Malashevich, K. Vardanyan, M. Djimet
Ehtiyat oyunçular: Danila Radkevich, Aleksey Vakulich, Matvey Dubatovka, Maksim Shvetsov, Mikhail Aleksandrov, Daniil Dushevskiy, Gulzhigit Alykulov, Vladislav Poloz, Rayan-Elie Guibero, Artem Sokolovskiy, Andrei Lutskovich, Leonard Chatelin Gweth.