
Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiyev "Dinamo"sunu qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Qurban Qurbanov Ukrayna komandası ilə görüşdə iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Bunlar Polşada baş tutan birinci dueldə qırmızı vərəqə alaraq cəzalıə duruma düşən müdafiəçi Cebrail Makreçkis və təxminən 2 ay kənarda qalacağı öncədən açıqlanan zədəli hücumçu Zakaria Savodur.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma 20:00-da başlayacaq. İlk oyun Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nihat