Bu gün Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.
Malta "Mosta”sı doğma meydanda Trnava "Spartak”ına (Slovakiya) üstələyibsə, Albaniya "Laçi”si Monteneqronun "Podqoritsa" komandasını "doğma divarlar arası"nda tək qolla üstələyib. "Santa-Koloma” - "Mons Kalpe” oyunu isə qollu bərabərliklə başa çatıb.
Mərhələnin qalan ilk oyunları iyulun 8-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında "Qarabağ”, "Sumqayıt” və "Keşlə” təmsil edəcək. Premyer Liqa klubları mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
6 iyul
Mosta (Malta) - Spartak (Trnava, Slovakiya) 3:2
Santa-Koloma (Andorra) - Mons Kalpe (Cəbəllütariq) 1:1
Laçi (Albaniya) – Podqoritsa (Monteneqro) 1:0