17:41 07.07.2021 1501

"Qarabağ"ın kasıb rəqibi "Çukariçki"yə qarşı

UEFA Konfrans Liqasında iştrak edən klublarımızdan birinin -"Qarabağ"ın  2-ci təsnifat mərhələsindəki rəqibi İsrailin "Aşdod" klubudur. Eyni şəhərin İki futbol qurumunun (Makkabi İron Aşdod və Apoel Aşdod) vəhdətini təşkil edən Aşdod hazırda az büdcəyə malikdir.  Amma demək olar ki, İsrailin güclü klubları ilə eyni səviyyədə oyun sərgiləyi. Klubun yetərincə çılğın və sadiq azərkeşləri var. Klub olduqca gəncdir.  Belə ki, təməli 1999-cu ildə qoyulmuşdur. Təmsil etdiyi Aşdod əhalisinin sayına görə ölkənin altıncı şəhəridir. Paytaxt Təl-Əvivdən 30 kilometrliyində, Aralıq dənizi sahilində, ölkənin cənub bölgəsində yerləşir. Şəhərdə Aralıq dənizi iqlimi hökm sürür və yay ayları kifayət qədər isti keçir.

Klublar birləşdikdən sonra komandanın forması və atributları tünd mavi rəngdə idi, lakin Haim Revivo mühüm postlardan birinə yiyələndikdən sonra klubun rəmzi rəngləri qırmızı və sarı oldu. Bəzi skeptiklər bunun səbəbini Revivonun Türkiyənin "Qalatasaray" klubundakı çıxışı ilə əlaqələndirir. Ancaq nəzərə alsaq ki, Revivo "Qalatasaray"da yalnız bir, "Fənərbağça"da isə üç məhsuldar mövsüm keçirib, bunun yalnız fərziyyə olduğunu görərik. Rəsmi versiya isə keçmiş "Hapoel" (qırmızı) və "Makkabi" (sarı) klublarının rəngləriylə bağlıdır.

Klubların birləşməsi dərhal müsbət nəticə verməmişdir. Yerli azarkeşlər öz məyusluqlarını ifadə edirdi. 2004/2005 mövsümündə klubun ən yüksək uğuru çempionatda üçüncü yeri qazanmaq və bunun sayəsində UEFA kubokunda İsraili təmsil etmək hüququ olur. Elə həmin ildə də klub yerli Toto Kubokunun finalına vəsiqə qazanır. Amma oyunsonrası penaltilər seriyasında məğlub olur. Komandanın UEFA Kubokunda ilk təcrübəsi də uğurlu alınmır. Yarışın ikinci təsnifat mərhələsində komanda Sloveniya "Domjale"sinə yenilir.
 


2014/2015 mövsümünün yekununa görə klub yüksək liqadan ayrılır. Hərçənd birillik fasilədən sonra yüksək liqaya qayıtmağı bacarır və 2015/2016 mövsümündə Milli Liqanın qalibi olur.

Geridə qoyduğumuz mövsümdə "köhlən atlar"ın rəqibi daxili çempionatı 54 xalla üçüncü yerdə başa vurub. Göstəricilərə nəzər salsaq, 36 oyunda rəqib qapısına 48 qol vuran "Aşdod" 39 dəfə topu öz qapısından çıxarıb. 

Komandada 7 legioner futbolçu var ki, onlardan da biri - qanalı hücumçu Adyel Hayford əsas qol silahıdır.

Haqqında danışdığımız İsrail təmsilçisi keçirdiyi son 5 oyunun ikisində qalib gəlmiş, ikisində məğlub olmuş, birində isə heç-heçə etmişdir.

Klub ev oyunlarını "Yud-Alef" stadionunda keçirir.

Bu gün yerli vaxtla saat 20:00-da "Aşdod" Sloveniya toplanışı çərçivəsində Serbiyanın "Çukariçki" klubu ilə yoldaşlıq oyununa çıxacaq.

Qeyd edək ki, "Çukariçki" Konfrans Liqasında digər yerli klubumuz olan "Sumqayıt"ın rəqibi olacaq.

Emin Şəmsiyev
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X