Azərbaycanlı xanım UEFA nümayəndəsi beynəlxalq oyuna təyinat alıb.
Fanat.az xəbər verir ki, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Valmiera" (Latviya) - "Suduva" (Litva) oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 15-də Riqada keçiriləcək.