UEFA Konfrans Liqasında "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" komandası heyətinə yeni futbolçular cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Premyer Liqa təmsilçisi "Orenburq"un hücumçusu Dmitri Vorobyev və "Zenit"in argentinalı müdafiəçisi Emanuel Mammananı icarəyə götürüb.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu iyulun 22-də Soçidə, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.