"Sumqayıt”ın UEFA Konfrans Liqasındakı rəqibi "Çukariçki”nin heyətində Azərbaycan futbol ictimaiyyəti üçün tanış soyad var.
Fanat.Az xəbər verir ki, Serbiya klubunun ehtiyat qapıçısı Novak Miçoviç "Neftçi” sevərlərə xüsusilə tanışdı.
Novakın atası bir vaxtlar "Neftçi”nin qapıçısı olmuş Vladimir Miçoviçdir. Novak "Red Star”ın yetirməsidir, ancaq 16 yaşında "Çukariçki”yə keçib. 20 yaşlı qolkiper ötən ildən əsas komandanın üzvüdür. Onun "Sumqayıt”la cavab görüşü üçün Azərbaycana gələcəyi gözlənilir.
Qeyd edək ki, Vladimir Miçoviç 2005-2010-cu illərdə "Neftçi”nin heyətində çıxış edib və karyerasını da Azərbaycanda başa vurub. Belə ki, 2010-2011 mövsümündə "Abşeron”da çıxış edən Miçoviç, artıq tarixin yaddaşına köçmüş bu klubda qapıçılar üzrə məşqçi işləməyə də fürsət tapıb.
Mirağa