22:44 22.07.2021 955

“Qarabağ”ın öz evində oynamasını istəyərdim” - Ran Ben Şimon

"Yaxşı müdafiə olunduq. Hesab bizi qane edir. Cütün taleyi İsraildə bəlli olacaq. Çox keyfiyyətli komandaya qarşı oynadıq. Meydanın vəziyyəti isə çox pis idi".

Bunu Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində "Qarabağ”a qarşı keçirdikləri ilk oyundan (0:0) sonra İsrailin "Aşdod” komandasının baş məşqçisi Ran Ben Şimon deyib. 

Fanat.Az-ın əməkdaşının da qatıldığı mətbuat konfransında qonaq komandanın çalışdırıcısı jurnalistlərin suallarını da cavablandırıb:

- "Qarabağ"ın sizi nə ilə təəccübləndirdi?
- "Qarabağ"ın keyfiyyətli futbolçuları var. Bu matça qədər yaxşı rəqiblərlə yoxlama oyunları keçiriblər. BHəmin qarşılaşmaları izləmişik. Bu gün "Qarabağ" topla yaxşı oynasa da, müdafiəni yara bilmədi. 
 
- İsraildə də meydançalar belədir?
- Bizdəki meydançalar bundan daha yaxşıdır.
 
- Cavab matçında fərqli oyun oynamalısınız. Sizcə, İsraildəki oyunda hansı komanda daha çox risk edəcək?
- Şanslar bərabərdir. "Qarabağ"ın keyfiyyəti bəllidir, buna uyğun oynayacağıq. Kimin mərhələ keçəcəyini Allah bilir.
 
- Səfər qolu qaydasının ləğv edilməsi sizin üçün üstünlük sayıla bilərmi?
- İstənilən dəyişiklik yenilik gətirir. Bugünkü oyunda daha çox müdafiədən oynadıqsa, cavab matçında hər iki komanda daha çox hücum futbolu oynayacaq. Komandamdan razıyam. 14 ildən sonra Avropadayıq və gənc komandayıq. Ümid edirəm ki, cavab matçında yaxşı nəticə qazana bilərik.
 
- Ot örtüyü daha yaxşı olsaydı, nəticə fərqli olardı?
- Əminəm ki, meydançanın oyun keyfiyyətinə təsiri oldu. Lakin nəticəni müəyyənləşdirən tək meydança olmadı. Burda bir sıra amillər də var.
 
- Oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşmədiniz. Sizdə belə bir adət yoxdurmu?
- Qurbanovun həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. O, böyük bir futbolçu və məşqçi olub. Oyundan sonra futbolçularıma təşəkkür etmək üçün meydançaya getdim. Buradan çıxandan sonra Qurbanovla görüşəcəm. Bakıdakı qonaqpərvərliyə görə hər kəsə təşəkkür edirəm.
 
- Gələcəkdə "Qarabağ"la rəqib olsaz və UEFA matçın Ağdamda keçirilməsinə razı olsa, siz harada oynamaq istərdiniz? Bakıda, yoxsa Ağdamda?
- Mən idmanı təmsil edirəm və sülhün tərəfdarıyam. İdmanla siyasəti qarışdırmaq istəmirəm. "Qarabağ"ın öz evində oynamasını istəyərdim.

Əli Sahib
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X