Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı təmsilçiləri "Neftçi" və "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Kipr AEL-ini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşlərdən sonra mübarizəni dayandırsa, Konfrans Liqasının pley-offunda "Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk matçı evdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da gerçəkləşəcək.
Mirağa