Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Kiprin AEL komandasının müdafiəçisi Euller Silva Ağdam təmsilçisiylə görüşlərdən danışıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu Braziliya mətbuatına açıqlamasında "Qarabağ”ı mübarizədən kənarlaşdırmaq istədiklərini bildirib:
"Qarabağ”a qarşı iki möhtəşəm oyun keçirməyi hədəfləmişik. Oyunlara yaxşı köklənmişik. Qrupa düşmək üçün mübarizə aparacağıq”.
"Qarabağ” AEL-lə ilk matçını avqustun 5-də səfərdə, cavab oyununu isə bir həftə sonra Bakıda keçirəcək.