12:20 06.08.2021 1342

“Cavab oyununda mütləq erkən qol vurmalıyıq” - Əfqan Talıbov

Konfrans Liqasında mübarizə aparan "Qarabağ” III təsnifat mərhələsində Kipr AEL-i ilə ilk oyunda 1:1-lik heç-heçəyə razılaşıb. Oyun bir yana, gərginlik, yerli azarkeşlərin aqressiv davranışları, hətta hakimin görüşü dayandıraraq təxminən 10 dəqiqəlik paltardəyişmə otağına göndərməsi ötən gecəyə damğa vurub. "Qarabağ”ı Bakıdakı cavab görüşündə asan oyun gözləmədiyini deyə bilərək. Ağdamlıların ikinci oyunla bağlı taktikası necə olmalıdır? Təmsilçimiz necə oynamalıdır?

Fanat.Az üçün oyunu şərh edən təcrübəli mütəxəssis Əfqan Talıbov "Qarabağ”a məsləhət verib. Bu gün 57 yaşını qeyd edən məşqçi Kipr klubuna qarşı necə oynamaq lazım gəldiyi barədə fikirlərini bildirib: "Göründüyü kimi, alçaq düşmənimiz ermənilərə havadarlıq edən yunanlar, kiprlilər hələ də bizdən əl çəkmirlər, qərəzli münasibət göstərirlər. Bunun cavabını meydanda verməliyik. Qoy Bakıdan məlul-müşkül qayıtsınlar. Bu, onlara yaxşı dərs olardı. 
"Qarabağ” ilk yarıda intizamlı oyun sərgilədi. Baxmayaraq ki, gərgin olduqları seçilirdi. Bir yandan da hava həddindən artıq isti idi. Bildiyimə görə 40 dərəcə isti olub. Bizdə də isti olur, amma ordakı kimi deyil. Kiprdə tempratur yüksələndə nəfəs almaq olmur, adama dəhşətli dərəcədə təsir edir. Hakim adətən hər hissədə bir dəfə su fasiləsi verir, ancaq axşamkı oyunda futbolçuları bir neçə dəfə su içməyə göndərdi. Hətta hakim əvəzləməsi də oldu. 
Digər tərəfdən, ikinci hissədə müdafiədə boşluqlara yol verdik. Nəticədə hesabda geri düşdük və bu, futbolçulardakı gərginliyi bir qədər də artırdı. Yaxşı ki, komandamız son dəqiqələrdə bərabərlik qolunu vura bildi. Yoxsa cavab görüşündə bizə çox çətin olacaqdı. Yenə də çətin olacaq. Baş məşqçilərinin "mənim üçün heç nə bitməyib” açıqlaması boşuna deyil. 

Hər iki komanda müdafiə planında axsayır. "Qarabağ” cavab görüşünü aramsız hücumda keçirməlidir ki, rəqibi səhvə vadar etsin. Baxmayaraq ki, səfərdə əks-hücumdan qol vurduq, evdə oyunu bütövlükdə meydanın rəqibə aid hissəsində keçirmək lazımdır. Güclü pressinq tətbiq etmək lazım gələcək. Ələ düşən qol imkanlarını sağa-sola paylamaq olmaz. "Aşdod”la görüşdəki kimi etmək olmaz. Uzatmaq lazım deyil. Mütləq erkən qol vurmalıyıq. İlk 10-15 dəqiqə ərzində qol vursaq, rəqibin intizamı pozulacaq, özlərindən çıxıb kor-koranə irəli atılacaqlar ki, belədə müdafiələri nəzarətsiz qalacaq”.

Mirağa      

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X