
“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Konfrans Liqasında mübarizə aparan Ağdam klubu pley-offun ilk matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Şotlandiya təmsilçisi “Aberdin”lə üz-üzə gəlib.
Cari mövsümdə məğlub olmayan ağdamlılar uğurlu seriyanı böyük britaniyalılarla dueldə də davam etdirib. “Qarabağ” yarım saatın tamamında vurduğu qolla qələbə qazanaraq qrupa düşmək şansını yaxşılaşdırıb.
Qeyd edək ki, cavab görüşü avqustun 26-da baş tutacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
19 avqust
Qarabağ (Azərbaycan) - Aberdin (Şotlandiya) 1:0
Qol: Xayme Romero, 30
Hakimlər: Rade Obrenoviç, Yure Prorotnik, Aleksandr Kasapoviç, Asmir Saqrkoviç (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Malinovski, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.
Aberdin: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 4. Endryu Konsidayn, 5. Deklan Qallaxer, 8. Skott Braun (k), 9. Kristian Ramires, 14. Cey Emmanuel-Tomas, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Remzi.
Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayal Makqinn, 15. Dilan Makqiox, 17. Conni Heyz, 18. Konnor Maklennan, 20. Teddi Cenks, 21. Cek Qurr, 24. Din Kempbell, 31. Kiran Nvenya, 35. Meyson Henkok.
Baş məşqçi: Stiven Qlass.