UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ"ın rəqiblərindən "Kayrat" Qazaxıstan çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, səfərdə "Aktobe" ilə qarşılaşan Almatı təmsilçisi minimal hesabla qalib gəlib.
Əslində, görüşdə 3 qolun hamısını "Kayrat"ın oyunçuları vurub. Artur Şuşenaçov və Qulciqit Alıkulov rəqibi, Nuralı Alıp isə öz qapıçısını məyus edib, yəni avtoqol müəllifi olub.
Beləliklə, "Kayrat" Bakıya qalib gələcək.
"Qarabağ"ın qrupdakı digər rəqiblərindən "Bazel" bu gün səfərdə "Syon"la qarşılaşacaq, "Omoniya" isə evdə "Apollon"u qonaq edəcək.
Qazaxıstan Premyer Liqası
24-cü tur
16 otktyabr
17:00. "Aktobe" - "Kayrat" 1:2
Kipr I Diviziyonu
6-cı tur
17 oktyabr
18:00. "Omoniya" - "Apollon Limasol"
İsveçrə Superliqası
10-cu tur
17 oktyabr
18:30. "Sion" - "Bazel"
Mirağa