Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Norveçin “Budyo Qlimt” komandası ilə oyun “Roma”nın baş məşqçisi Joze Mourinyu üçün antirekordla yadda qalıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin çalışdırdığı komanda Norveçdə baş tutan bu oyunda 1:6 hesabıyla uduzub.
Mourinyunun rəhbərlik etdiyi bir komanda ilk dəfə qapısından 6 top buraxıb. Buna qədər 58 yaşlı mütəxəssisin ən ağır yenilgisi “Real”ı çalışdırdığı dönəmdə “Barselona” ilə oyunda olub – 0:5.
Don Joze məşqçilik karyerasına 2002-ci ildə başlayıb. 58 yaşlı mütəxəssis bu müddət ərzində "Benfika", "Uniao de Leyrya", "Portu", "Çelsi", "İnter", "Real Madrid", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb. Mourinyu baş məşqçi qismində 1008 matçda iş başında olub.
Portuqaliyalı mütəxəssisin ən ağır məğlubiyyətləri:
“Roma” – “Budyo Qlimt” 1:6
“Real” – “Barselona” 0:5
“Mançester Yunayted” – “Çelsi” 0:4
“Real” – “Borussiya” (Dortmund) 1:4
“Çelsi” – “Liverpul” 1:4