13:32 30.11.2021 865

Aslan Kərimov: “Qarabağ” İsveçrədə daha asan qələbə qazanacaq”

"Qarabağ” Konfrans Liqasının qrup mərhələsini yaxşı notlarla başa vurmaq üzrədir desək, yanılmarıq. Düzdür, hələ qarşıda "Bazel”lə oyun qalır. Amma bu matçın nəticəsindən asılı olmayaraq, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda növbəti mərhələdə iştirakı təmin edib. Sadəcə, "Bazel”lə matçdan sonra "Qarabağ”ın birbaşa 1/16 və ya 1/8 mərhələsindən başlayacağı dəqiqləşəcək.
 
Tanınmış mütəxəssis Aslan Kərimov Qaynarinfo-ya müsahibəsində Ağam təmsilçisinin qrup mərhələsindəki çıxışlarını dəyərləndirdi. O, "Qarabağ”la yanaşı, "Neftçi”nin də durumuna toxundu.

"Konfrans Liqasında "dişimizə” uyğun olan rəqiblərlə mübarizə apardıq. Hesab edirəm ki, bu turnirdə çıxış üçün "Qarabağ”ın heyəti tam formalaşmışdı. Qrup mərhələsindəki bütün oyunlara baxanda demək olar, "Qarabağ” hər zaman daha dominantlıq nümayiş etdirdi. Yarımmüdafiə və müdafiə xəttindəki fubolçular da hücum zamanı bunun öhdəsindən gələ, rəqiblərini öz qapılarına tərəf sıxa bilirdilər. Sadəcə, çatışmayan cəhət kimi qeyd edə bilərəm ki, qol vurmaqda çətinliklər yaranırdı. Məsələn, bunu "Bazel”lə Bakıdakı oyuna şamil etmək olar. Düşünürəm ki, Çempionlar Liqası və Avroliqada oynadığı dönəmlərdə "Qarabağ”ın yaxşı qoleadorları vardı. Çətin anda komandanı xilas edə bilən oyunçulara malik idilər. Düzdür, hazırkı heyətdə Vadji 2-3 oyunla ustalıq səviyyəsini göstərdi. Məncə, onun hücumçu keyfiyyəti hələlik kifayətdir. Amma bundan sonrakı mərhələlərə, ən azı 1/4-ə qədər getmək üçün daha keyfiyyətli hücumçuya ehtiyac var. Əvvəlki illərlə müqayisədə, "Qarabağ”ın yüksək pressinqini göstərmək olar. Bunu nə Çempionlar Liqasında, nə də Avroliqanın qrupunda edirdilər. İndi isə top itkiləri zamanı rəqibi qapının ağzında sıxmaları, pressinqləri daha bariz şəkildə görünür. Bu da üzərində işlənilmiş bir şeydir. Yəni Avropa səhnəsində daha yaxşı oynamaq üçün pressinq üzərində işləmək lazım olduqlarını anlayıblar və göründüyü qədər əməlli-başlı çalışıblar”.

Komandanın oyun üslubunda dəyişiklik olub-olmaması haqda sualı Kərimov belə cavablandırdı: 

"Hücum üslubunda dəyişiklik yoxdur. Cinah yarımmüdafiəçiləri yenə üstündür. Taktiki baxımdan çatışmazlıqlar var. Yüksək səviyyədə pressinq məsələsini həll ediblər. Hansı ki, Avropa səhnəsində belə taktiki gedişlərdən istifadə olunmalıdır. Buna baxmayaraq, bəzən əks-hücumlarda yaxalanırlar. Məsələn, "Omoniya” ilə matçda Şahruddinin buraxdığı ikinci qola baxsaq, hazırlıqsız yaxalandıqları görünür. Düzdür, rəqib oyunçunun ustalıq səviyyəsi də bunda rol oynadı. Hər şeyə rəğmən, bu ilk situasiya deyil. Qazaxıstan komandası da əks-hücumda belə bir qol vurdu. Yəni bu baxımdan problemlər yaşanır. Digər tərəfdən standart vəziyyətlərdən qollar buraxırıq. İşləməli olduqları durumlar var”.

Konfrans Liqasında yüksək səviyyədə mübarizə aparması "Qarabağ”ın Azərbaycan çempionatındakı çıxışlarına necə təsir edir:

"Əslində geriləmə müşahidə olunmur. Bunun iki tərəfi var. Sən Avropada nə qədər yüksək səviyyədə oynayırsansa, daxili çempionata gələndə o qədər rahat olur. Bu, pozitiv cəhətdir. Amma müəyyən oyunlardan sonra yorğunluq amili öz sözünü deyir. Belə çıxışlar üçün sənin bir-birini tam şəkildə əvəzləyən iki heyətin olmalıdır. Məncə, bu il "Qarabağ” öhdəsindən gələ bilir. Sözsüz, Zubirin, Kadinin, Medinanın yerini verən oyunçular yoxdur. Amma digərləri ilə oynayanda belə, fikrimcə, "Qarabağ” daxili çempionatda rəqiblərinə başağrısı olmaqla 3 xalını qazana bilir. "Qarabağ”ın ən yaxşı heyəti belə daxili çempionatda qol imkanları yaratmaya bilər. Yenə də xallarını qazanırlar. İstənilən halda həm Avropa səhnəsində, həm də daxili çempionatda xal baxımından "Qarabağ”ın heç bir geriliyi yoxdur”.

İllərdir Avrokuboklarda qrup mərhələsini adlaya bilməyən "Qarabağ” cari mövsümdə Konfrans Liqasında tarix yazdı. Maraqlıdır, bunun səbəbi yeni yaradılmış liqanın səviyyəsinin nisbətən aşağı olmasıdır, yoxsa komandanın daha çox inkişaf etməsi? Veteran futbolçu bu suala belə cavab verdi: 

"Pressinqlə bağlı problemi aradan qaldıra biliblər. Amma bu, Çempionlar Liqasında və Avropa Liqasında kifayət etmir. Həmin çempionatlarda oynamaq üçün daha komplektləşmiş, takitiki və futbolçu səviyyələri baxımından da hazır olmalısan. Lakin onu da boynumuza almalıyıq ki, Konfrans Liqası ÇL və AL-dən səviyyə baxımından daha aşağıdır. Baxmayaraq ki, "Bazel” Çempionlar Liqasında oynayıb. Etiraf edək ki, Avroliqadakı rəqiblərin səviyyəsi daha yüksək idi. Bunu anlamaq üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. Bütün azarkeşlər bunu bilirlər. Amma növbəti mərhələlərdə Avropa standartlarına uyğun rəqiblər gəlib çıxa bilər. Əslində, "Qarabağ” belə rəqiblərlə oynamaq iqtidarındadır”.

Kərimov "Bazel”lə oyundan nə gözlədiyini də dedi: 

"Sözsüz, Çempionlar Liqasında çıxış edən "Bazel” deyil. "Qarabağ” Bakıda taktiki baxımdan daha yaxşı oynamaqla, "ipin öz əlində olduğunu” göstərə bilmişdi. Düşünürəm ki, həm "Omoniya”, həm də "Kayrat”la oyundan fərqli "Bazel”lə İsveçrədəki matç daha asan keçəcək. Niyə belə iddia edirəm? Oyun üslubuna baxanda həm "Kayrat”, həm də "Omoniya” "Qarabağ”ı tanıdıqlarına görə kompakt, yəni beşli müdafiəyə üstünlük verirdilər. Əks-hücumlarda qol vəziyyətləri yaratmağa çalışırdılar ki, buna da zaman-zaman nail olurdular. "Qarabağ” üçün kompakt müdafiəni yarmaq asan məsələ deyildi. Bunun üçün kreativ oynamalısan, təkbətək mübarizə aparan futbolçular məsuliyyəti öz üzərlərinə daha çox götürməlidirlər. "Bazel”in kompakt müdafiə olunduğu görünmürdü. Hücumameyilli və açıq futbol nümayiş etdirməyi sevən komandadır. Belə komandaya qarşı oynamaq "Qarabağ” üçün daha asandır. Çünki komandanın boş zonalara ötürməni, topla oynamağı sevən, sürətli üzvləri var. Mənə elə gəlir, İsveçrədə "Qarabağ”ın daha çox qol imkanları olacaq. Bu, o demək deyil ki, komanda oyun boyu dominant olacaq. Ancaq düşünürəm ki, "Qarabağ” İsveçrədə daha asan qələbə qazanacaq. Deməzdim, "Bazel”in məşqçiləri "Qarabağ”ı ilk dəfə Bakıdakı oyunda görüblər. Fikrimcə, onlar həmin matça qədər "Qarabağ”ın Avroliqa və Çempionlar Liqasında keçirdiyi əvvəlki oyunlarını da izləmişdilər. Yəni, onlar üçün sürpriz deyildi. Ona görə də İsveçrə komandasının strategiyasında heç bir dəyişiklik olmayacağını fikirləşirəm. Əlbəttə, birinci oyuna baxıb dərs çıxaracaqlar. Yenə də "Qarabağ” təkcə Zubirdən ibarət deyil. Açıq oynayacaqları təqdirdə "Bazel” üçün çox çətin olacaq. 

Ağdam klubunun sabiq müdafiəçisi Azərbaycan Premyer Liqasına da toxundu və kimi daha şanslı gördüyünü söylədi: 

"Bəlkə də "Qarabağ”la "Neftçi” arasında baş tutan ikinci oyuna qədər hər iki komandanın şansı eyni idi. Amma "Neftçi”də ruh düşkünlüyü və aradakı 6 xallıq fərq "Qarabağ”ın bir qədər əlçatmaz olduğunu göstərir. Bu il də favoritim "Qarabağ”dır. Komandanın sabiq futbolçusu deyil, sırf bir mütəxəssis kimi danışıram. Keçən il də "Qarabağ” favorit idi. Sadəcə, əzmkarlıq, məşqçinin düşüncələri nəticə etibarı ilə çempionluğa gətirib çıxardı. Gedişat göstərir ki, bu il "Qarabağ” aşkar şəkildə çempionluq uğrunda liderliyi ələ alıb. "Neftçi” bu fərqi azaltmaq üçün bütün oyunlarda qələbə qazanmalı, eyni zamanda "Qarabağ”ın səhv etməsini gözləməlidir”.

Vaxtilə futbolçu kimi "Neftçi”də də forma geyinmiş Kərimov sabiq komandasının durumuna toxundu:

"Əslində, bu vəziyyətə düşməsi məğlubiyyətlər və futbol ictimaiyyətində söz-söhbətin yaranmasıdır. Oyun planı baxımından "Neftçi”də elə də böyük dəyişiklik yoxdur. Üç dəfə ardıcıl məğlub olub, son turda "Səbail”ə qalib gəldilər. "Qarabağ”la oyunda individual səhvlər məğlubiyyətə gətirib çıxardı. Digər iki matçda isə "Neftçi” hesabı açan tərəf idi. Dominantlıq etdilər, ikinci hissədə isə diqqətsizlik ucbatından qol buraxdılar. Belədə özlərinə gələ bilmədilər və ikinci qolu buraxdılar. İki eyni ssenari ilə məğlubiyyətlə üzləşdilər. Hansı problemləri görürəm? Oyunçu keyfiyyəti baxımından tam olaraq "Qarabağ”dakı kimi deyillər. Ələləxsus da yerli oyunçuları nəzərdə tuturam. Legionerlərin bəziləri yaxşıdır, hətta "Qarabağ”dakılardan üstündür deyə bilərəm. Bütün bunlarla yanaşı, psixoloji durumla bağlı da problemlər var. Bunun da səbəbi rəhbərlik tərəfindən baş məşqçiyə inamsızlıq olmasıdır. Bu, istər-istəməz oyunçulara və baş məşqçiyə təsir edir. Baxmayaraq ki, Samir Abasov heç nə olmamış kimi duruş sərgiləyir. Amma futbolçularda suallar doğurur. Sözsüz, klubdaxili problemlər hiss edilir. Bəzi oyunlarda futbolçular ötənilkindən daha çox səhvlərə yol verirdilər. Bunları həm oyunçuların keyfiyyəti, həm də psixoloji faktorlarla bağlamaq olar”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X