UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, sorğuda izləyicilərə "Qarabağ" üçün oynayan sevdiyiniz futbolçu kimdir" sualı ünvanlanıb.
Sorğuda iştirak edənlərin əksəriyyəti Abdullah Zubiri qeyd edib.
🇦🇿 Favourite star to ever play for Qarabağ?@FKQarabaghEN | #UECL pic.twitter.com/fw81LjGMtr
— UEFA Europa Conference League (@europacnfleague) December 24, 2021
Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. "Köhlən atlar" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.