“Roma”nın kapitanı Lorenzo Pelleqrini Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra “Budyo-Qlimt”in çalışdırıcısının “canavarlar"ın qapıçılarla iş üzrə məşqçisinə hücum etməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" 25 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“Oyundan sonra həqiqətən də xoşagəlməz olay yaşandı. Rəqibin çalışdırıcısı qapıçılar üzrə məşqçimizə hücum etdi. Əvvəlcə ona ağır sözlər dedi, sonra isə ona fiziki təzyiq göstərdi.
Bu, çox üzücüdür. Çünki belə davranış “Roma”ya və futbolçulara qarşı təhqirdir. Sözün əsl mənasında, biabırçılıqdır”.
Xatırladaq ki, görüş Norveç klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Emin