"Roma"nın baş məşqçisi Joze Mourinyu Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundan - "Budyo-Qlimt"lə səfər matçından (1:2) danışıb.
Fanat.Az "BT Sport"a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı yenilgiyə belə aydınlıq gətirib:
"Roma"nın futbolçusu ciddi zədə alıb. Bunu sintetik örtük zədəsi adlandırardım. Bu, bizdən asılı problem deyil. İnsanlar düşünüblər ki, Avropa səviyyəli turniri süni qazon üzərində keçirmək olar".
Xatırladaq ki, Konfrans Liqasının C qrupunda da "Budyo-Qlimt"lə mübarizə aparmalı olan "Roma" bu rəqibini məğlub etməyi bacarmayıb. Qrupdakı səfər qarşılaşmasında Norveç təmsilçisinə 1:6 hesabı ilə uduzan "canavarlar" İtaliyada heç-heçəyə nail olmuşdu - 2:2.
Nihat