Norveçin “Budyo-Qlimt” klubunun baş məşqçisi Kyetil Knutsen Konfrans Liqasının 1/4 final mərhələsinin İtaliya “Roma”sı ilə oyunundan (2:1) sonra baş verən qalmaqallı hadisənin təfərrüatlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə danışıb:
“Dəlillərlə sübut edilmiş pozuntu ondan ibarətdir ki, “Roma”nın qapıçılar üzrə məşqçisi ehtiyat oyunçular skamyasının kənarında əyləşmişdi və o, daim mənə müxtəlif jestlər edirdi. Dəfələrlə dördüncü hakimin və UEFA nümayəndəsinin diqqətini buna çəkdik. Şikayətlər nəzərə alınmadı, o, davranışına davam etdi.
Hər şey stadionun tunelində mənə hücumla yekunlaşdı. Adətən mən təbiətcə eləyəm ki, münaqişədən qaçıram. Belə olan halda, mənə fiziki hücum etdilər. Boynumdan tutub divara dirədi. Təbii ki, özümü müdafiə etməli oldum.
Matçdan sonra üzləşdiyimiz təhqiramiz davranışın oyunla heç bir əlaqəsi olmamalıdır".
Xatırladaq ki, ötən gün “Roma”nın kapitanı Lorenzo Pelleqrini "Sky Sport Italia"ya açıqlamasında “Budyo-Qlimt”in çalışdırıcısının "Roma"nın qapıçılar üzrə məşqçisinə necə hücum etdiyini danışmışdı.
Mirağa