Kiprin "Aris" klubunun baş məşqçisi Aleksey Şpilevski evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, belaruslu mütəxəssis belə danışıb:
"Sabah bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlıq keçmişik. "Neftçi"nin kifayət qədər avrokubok təcrübəsi var. Amma bu o demək deyil ki, rəqibdən qorxuruq. Sona qədər mübarizə aparacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma ondan çəkinmirik.
Neftçi"nin yeni baş məşqçisi, özünəməxsus üslubu və transferləri var. Onlara qarşı müəyyən plan hazırlaşmışıq. Yaxşı oyun keçirəcəyimizə inanıram. Evdə çıxış edəcəyimiz üçün azarkeşlərin bizdən hücum futbolu tələb etməsi normaldır".
Qeyd edək ki, iyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.