"Qəbələ"nin futbolçusu İlkin Qırtımov Macarıstanda "Fehervar"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alıb.
Fanat.Az xəbər verir ki, rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb.
"Qəbələ"nin kapitanı Asif Məmmədov dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib.
Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.