
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə mərhələnin cavab görüşləri çərçivəsində 29 matç baş tutub.
"Neftçi" Avstriyada "Rapid Vyana" ilə qarşılaşıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn "ağ-qaralar" səfərdə əsas vaxtda 0:1 uduzub. Belədə matçda əlavə vaxt oynanılıb və daha bir qol buraxan bakılılar mübarizəni uduzub.
Türkiyə təmsilçilərindən “Konyaspor” gözlənilmədən evində uduzaraq Konfrans Liqasından kənarlaşdırılıb. "Başakşəhər" isə inamlı qələbə ilə pley-offa adlayıb.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
11 avqust
“Kızıljar” (Qazaxıstan) - APOEL (Kipr) 0:0
İlk oyun - 0:1.
“Tobol” (Qazaxıstan) - "Zrinski” (Bosniya və Herseqovina) 1:1
İlk oyun - 0:1.
“Rakuv” (Polşa) - “Spartak” (Slovakiya) 1:0
İlk oyun - 2:0.
“Konyaspor” (Türkiyə) - “Vaduts” (Lixtenşteyn) 2:4
İlk oyun - 1:1.
“Petrokub” (Moldova) - "Fehervar” (Macarıstan) 1:2
İlk oyun - 0:5
“Tvente” (Niderland) - “Çukariçki” (Serbiya) 4:1
İlk oyun - 3:1.
“Hapoel” (Beer-Şeva, İsrail) - “Luqano” (İsveçrə) 3:1
İlk oyun - 2:0.
ÇFR (Rumıniya) - “Şaxtyor” (Belarus) 1:0
İlk oyun - 0:0.
“Yurqarden” (İsveç) - “Sepsi” (Rumıniya) 3:1
İlk oyun - 3:1.
“Antverpen” (Belçika) - “Lillestryom” (Norveç) 2:0
İlk oyun - 3:1.
“Panatinaikos” (Yunanıstan) - "Slaviya" (Çexiya) 1:1
İlk oyun - 0:2.
"Styaua" (Rumıniya) - "Dunayska Streda" (Slovakiya) 1:0
İlk oyun - 1:0.
“Universitatya” (Krayova, Rumıniya) - “Zarya” (Ukrayna) 3:0
İlk oyun - 0:1.
“Başakşəhər” (Türkiyə) - “Breydablik” (İslandiya) 3:0
İlk oyun - 3:1.
“Bazel” (İsveçrə) - “Brondbü” (Danimarka) 3:1
İlk oyun - 0:1.
“Anderlext” (Belçika) - “Payde” (Estoniya) 3:0
İlk oyun - 2:0.
“Hibernians” (Malta) - RFS (Latviya) 1:3
İlk oyun – 1:1.
"Aris" (Yunanıstan) - Makkabi (Təl-Əviv, İsrail) 2:1
İlk oyun - 0:2.
“Klaksvik” (Farer adaları) - “Ballkani” (Kosovo) 2:1, penalti seriyası - 3:4
İlk oyun - 2:3.
“Levski” (Bolqarıstan) - “Hamrun Spartans” (Malta) 1:2, penalti seriyası - 1:4
İlk oyun - 1:0.
“Sliqo Rovers” (İrlanidya) - “Vikinq” (Norveç) 1:0
İlk oyun - 1:5.
“Şkendiya” (Şimali Makedoniya) - AİK (İsveç) 1:1, penalti seriyası - 2:3
İlk oyun – 1:1
“Lex” (Polşa) - “Vikinqur” (İslandiya) 4:1, əlavə vaxtda
İlk oyun – 0:1.
“Rapid” (Avstriya) - “Neftçi” (Azərbaycan) 2:0, əlavə vaxtda
İlk oyun – 2:1.
“Sent Patriks” (İrlandiya) - MOİK (Bolqarıstan) 0:2
İlk oyun – 1:0.
“Yanq Boyz” (İsveçrə) - “KuPS” (Finlandiya) 3:0
İlk oyun – 2:0.
“Alkmaar” (Niderland) - “Dandi Yunayted” (Şotlandiya) 7:0
İlk oyun – 0:1.
“Kişvarda” (Macarıstan) - “Molde” (Norveç) 2:1
İlk oyun – 0:3.
“Jil Visente” (Portuqaliya) - “Riqa” (Latviya) 4:0
İlk oyun - 1:1.