
UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, beləliklə, qrup mərhələsində iştirak edəcək daha 21 komandanın adına aydınlıq gəlib.
Türkiyə təmsilçisi "Başakşehir" evdə məğlub edə bilmədiyi "Antverpen"ə Belçikada qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb. "Neftçi"nin pley-offda yenildiyi "Rapid" isə "Vaduts"a boyun əyib. Beləliklə, Lixtenşteyn klubu "Konyaspor"un ardından daha bir güclü rəqibini sıradan çıxararaq özündən söz etdirib.
Qeyd edək ki, pley-offun ilk cavab oyununda APOEL (Kipr) öz meydanında "Yurqarden" (İsveç) komandasını 3:2 hesabı ilə məğlub etsə də, qrupa vəsiqəni ilk matçda 3:0 qalib gələn skandinaviyalılar əldə edib.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları
25 avqust
AİK (İsveç) - "Slovaçko" (Çexiya) 0:1
İlk oyun - 0:3.
"Bazel" (İsveçrə) - ÇSKA (Sofiya, Bolqarıstan) 2:0
İlk oyun - 0:1.
"Viborq" (Danimarka) - "Vest Hem" (İngiltərə) 0:3
İlk oyun – 1:3.
"Vikinq" (Norveç) - "Styaua" (Rumıniya) 1:3
İlk oyun – 2:1.
"Volfsberger" (Avstriya) - "Molde" (Norveç) 0:4
İlk oyun - 1:0.
"Fehervar" (Macarıstan) - "Köln" (Almaniya) 0:3
İlk oyun – 2:1.
"Tvente" (Niderland) - "Fiorentina (İtaliya) 0:0
İlk oyun – 1:2.
ÇFR Kluj (Rumıniya) - "Maribor" (Sloveniya) 1:0
İlk oyun - 0:0.
"Slaviya" (Praqa, Çexiya) - "Rakuv" (Polşa) 2:0 (əlavə vaxtda)
İlk oyun – 1:2.
"Hapoel" (Beer-Şeva, İsrail) - "Universitatya" (Krayova, Rumıniya) 0:0 (əlavə vaxtda - 1:1, penalti seriyası - 4:3)
İlk oyun – 1:1.
"Balkani" (Kosovo) - "Şkupi" (Şimali Makedoniya) 1:0
İlk oyun – 2:1.
"Hamrun Spartans" (Malta) - "Partizan" (Serbiya) 3:3
İlk oyun – 1:4.
"Anderlext" (Belçika) - "Yanq Boyz" (İsveçrə) 0:1 (Penalti seriyası - 3:1)
İlk oyun – 1:0.
"Nitsa" (Fransa) - "Makkabi" (Təl-Əviv, İsrail) 2:0 (əlavə vatda)
İlk oyun - 0:1.
"Düdelanj" (Lüksemburq) - "Lex" (Polşa) 1:1
İlk oyun – 0:2.
"Antverpen" (Belçika) - "Başakşəhər" (Türkiyə) 1:3
İlk oyun – 1:1.
"Jil Visente" (Portuqaliya) - "Alkmaar" (Niderland) 1:2
İlk oyun - 0:4.
"Rapid" (Avstriya) - "Vaduts" (Lixtenşteyn) 0:1
İlk oyun - 1:1.
"Hayduk" (Xorvatiya) - "Vilyarreal" (İspaniya) 0:2
İlk oyun – 2:4.
"Slovan" (Bratislava, Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) 1:0 (əlavə vaxtda 1:1, penalti seriyası - 6:5)
İlk oyun - 0:1.
"Linfild" (Şimali İrlandiya) - RFŞ (Latviya) 0:0 (əlavə vaxtda - 1:1, penalti seriyası - 2:4)
İlk oyun - 2:2.