"Real"ın ulduzu Qaret Beyl uzun müddətdi birlikdə olduğu Emma Ris-Yoneslə evlənməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, uelsli futbolçu təmtəraqlı toy etmək niyyətindədi.
Beyl İtaliyada keçiriləcək toya Beynonsu gətirmək istəyir. Məşhur pop-ulduz futbolçudan 1,5 milyon funt-sterlinq istəyib. Lakin Beyl bu məbləği ödəmək istəmir və təmsilçiləri qiyməti aşağı salmaq üçün danışıqlar aparır.
Qeyd edək ki, Beyl "Tottenhem"dən "Real"a 101 milyon avroya transfer olunub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol