Formula-1 komandası "Cordan” 2005-mövsümündən sonra dünya çempionatını tərk etsə də, azarkeşlərin yaddaşından silinməyəcək.
Düzdü, ad dəyişikliklərinə baxmayaraq o kollektivin üzvlərinin çoxu indi də Formula-1 dünyasından kənarda qalmayıblar. Ancaq Eddi Cordanın formalaşdırdığı komanda sözün əsl mənasında, unudulmaz idi.
Modelləri Qran-prinin bəzəyi sayan, "onlarsız yarışlar sönük və cazibəsiz alınar ” deyən Eddi həm pilotları, həm də fotoreportyorları əyləndirməyi sevirdi. Elə özü də bir-birindən yaraşıqlı qızların əhatəsində özünü əla hiss edirdi.
Mövcud durğunluq dönəmində 1991 mövsümündə səs-küylü debütlə tarixə damğa vuran "Cordan”ı yada salmağa dəyər. Qocalmayan, dəyişməyən, zamana boyun əyməyən fotolar ən isə bunun üçün ən əla vasitədi: