12:23 22.09.2022 2147

Canni De Byazinin seçimi idealdırmı? - Milli üzvlərinin STATİSTİKASI

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq. Canni De Byazinin baş məşqçisi olduğu komanda Millətlər Liqasında üç gün ərzində son iki matçını keçirəcək. İtaliyalı mütəxəssis Slovakiya ilə səfər və Qazaxıstanla ev oyununa 26 futbolçu cəlb edib. Hərçənd, onun bu qarşılaşmalar üçün namizəd seçimi kifayət qədər mübahisə və müzakirəyə səbəb oldu. Xüsusilə Qara Qarayevin milliyə dəvət olunmaması sual doğurdu. Bundan başqa, ən azı "Zirə"dən Rəhim Sadıxov, "Qəbələ"dən Rövlan Muradov bu görüşlərə çağırılmağı haqq edirdi. Hər halda, 26 nəfərlik heyət üzvlərinin heç də hamısı klubunda müntəzəm oyun praktikasına sahib deyil. 

Slovakiya və Qazaxıstanla oyunlar üçün namizədlərin son turda, eləcə də bu mövsüm üçün perpormanslarına nəzər salmaq yerinə düşür.     

Qapıçılar

Səlahət Ağayev son turda “Sumqayıt”la (1:0) matçda 90 dəqiqə qapıda dayanıb, matçı qol buraxmadan keçirib və sarı vərəqə ilə cəzalanıb. O, "Qəbələ" üçün əvəzolunmaz futbolçulardandır. 31 yaşlı qolkiper bu mövsüm komandasının Konfrans Liqası da daxil olmaqla, keçirdiyi bütün oyunlarda "1 nömrə" olub.

"Səbail"in çərçivə qoruyucusu Emil Balayev “Neftçi” ilə (0:2) qarşılaşmada qapısında iki qol görüb. Ötən ay legioner həyatını başa vuraraq Qazaxıstanı Azərbaycana dəyişən 28 yaşlı qapıçı Premyer Liqada 7 turdan altısında əlinə əlcək taxıb. 

Bu mövsüm daxili çempionatda cəmi 1 oyunda forma geyinən Şahruddin son turda “Zirə” (7:1) ilə qarşılaşmada ehtiyatda qalıb. Əvəzində o, "Qarabağ"ın avrokuboklardakı 10 qarşılaşmanın hamısında qapını qoruyub.   

Müdafiəçilər

“Qarabağ”ın avrokuboklardakı son oyunlarında Bəhlul Mustafazadə ilə müdafiənin mərkəzində tandem təşkil edən Bədavi Hüseynov “Zirə” ilə son turun görüşündə ehtiyatda qalıb. Bəhlul isə start heyətində yer alaraq 90 dəqiqə meydanda olub. 
“Qarabağ”ın müdafiədəki digər təmsilçilərinə gəlincə, bir tur əvvəl “Sabah”la görüşdə 90 dəqiqə meydanda olub mövsümdə qol hesabını açan Elvin Cəfərquliyev “Zirə”yə qarşı 45 dəqiqə - ikinci hissədə mübarizə apardı. əvəzində Toral Bayramov son turu əvəzolunmadan keçirməklə yanaşı, komandası üçün darmadağının əsasını qoydu. Məhz onun hesabı bərabərləşdirməsindən sonra fasiləyə sülhlə yollanan “Qarabağ” ikinci hissədə qolları sıraladı. Abbas Hüseynov isə bu mövsüm Premyer Liqada şans qazandığı 5-ci görüşü də əvəzolunmadan başa vurdu.

“Şamaxı”nın arxa xətt oyunçusu Cəlal Hüseynov “Kəpəz”lə matçda ikinci hissədə - komandası artıq 1:2 hesabı ilə uduzurdu - oyuna qoşulub və əsas vaxtın son 15 dəqiqəsində meydanda olub.

Amin Seydiyov “Turan Tovuz”la (3:1) oyunda 90 dəqiqə meydanda mübarizə apararaq komandasının qələbəsində pay sahibi olub. Ümumiyyətlə, müdafiəçi bu mövsüm “Sabah”ın heyətində meydanda olduğu 7 matçın hamısını əvəzolunmadan başa vurub. 

Yayda "Sumqayıt"dan ayrılıb yenidən İrana dönən Höccət Haqverdi Cənubi Azərbaycan təmsilçisi "Traktor"da 2 oyuna çıxıb. Maraqlıdır ki, Kurban Berdiyevin rəhbərlik etdiyi komanda bu mövsüm cəmi 2 qələbə qazanıb və Höccət hər iki qarşılaşmada meydanda olub. 

Azərbaycanı Polşada təmsil edən Anton Krivotsyuk "Visla Plotsk"da bu mövsüm müntəzəm şans qazanmır. O, Ekstraklasada cəmi 2 oyuna çıxıb. Bununla belə, müdafiəçi 1 qol vurmağı bacarıb. Anton son turda 90 dəqiqə meydanda olsa da, komandasının "Zaqlebye"yə (1:2) məğlubiyyətinə mane ola bilməyib. 

Yarımmüdafiəçilər

Qismət Alıyev son turda “Qarabağ”a ağır məğlubiyyətin psixoloji travmasını yaşayır. Hərçənd, o meydana əvəzetmədən qoşulanda hesab artıq 1:4 olub. Qismət mübarizə apardığı 28 dəqiqə ərzində “Zirə” qapısında daha 3 qol görüb. 

Riçard Almeyda son turda ilk 45 dəqiqədə meydanda olub. Qurban Qurbanov onu fasilədə əvəzləməyə qərar verib ki, “Qarabağ” “Zirə”ni məhz ikinci hissədə vurduğu qollarla üstələyib. Almeyda avrokuboklardan fərqli olaraq, daxili çempionatda oynadığı bütün matçlarda, konkret, 5 matçda ilk “11-lik”də yer alsa da, hamısında əvəzlənib.

Bu mövsüm “Sabah”ın uğurlu çıxışında əsas pay sahiblərindən olan kapitan Elvin Camalov üçün “Turan Tovuz”la son turdakı görüş xüsusilə yaddaqalan oldu. Mövsümün bütün qarşılaşmalarında olduğu kimi, bu dəfə də oyunu əvəz olunmadan keçirən yarımmüdafiəçi matçda son nöqtəni qoyan şəxs oldu. O, oyuna əlavə olunmuş dəqiqələrdə penaltidən vurduğu qolla yekun nəticəni (3:1) müəyyənləşdirdi.

Aleksey İsayev son turu buraxmaq məcburiyyətində qalıb. O, mövsüm ərzində artıq 4 sarı vərəqə aldığı üçün “Turan Tovuz”la matçı tribunadan izləməli olub. Halbuki, İsayev əvvəlki 6 qarşılaşmanın hamısında forma geyib və sona qədər meydanda qalıb.
Mövsümün əvvəlini hələki uğurlu keçirən Eddi İsrafilov “Neftçi”nin “Səbail” üzərində 2:0 qələbə qazandığı son turun oyununda 87 dəqiqə mübarizə aparıb. Çempionatın 7 turunun hamısında iştirak edən Eddi bu görüşlərin cəmi 3-də 90 dəqiqə meydanda axıradək qalıb. Üstəlik, o, 3 sarı vərəqə alıb və növbəti xəbərdarlıq 1 oyunluq “məcburi istirahət”ə səbəb olacaq. 

Ozan Can Kökçü Niderlandın “Eyndhoven” klubunda mövsümə əla start verib. Vaxtilə ölkəmizdə çıxış edən yarımmüdafiəçi 7 klubunda bu mövsüm 7 oyunda ümumilikdə 465 dəqiqə top qovub. O, millimizin düşərgəsinə də xoş əhval-ruhiyyə ilə gəlib. Belə ki, o, son turda “Roda” ilə 80 dəqiqə mübarizə apardığı matçda (3:3) rəqib qapısına yol tapmağı bacarıb. O, bu mövsüm artıq 4 qol vurub.


Ötən ilin ən yaxşı futbolçusu Emin Mahmudov son oyunlarda yenidən məhsuldarlıq nümayiş etdiyməyə başlayıb. “Neftçi”nin kapitanı “Səbail”lə ötən həftə baş tutan matç da daxil olmaqla, son üç turda 2 qol vurmağı bacarıb. Onun aktivində artıq 3 qol var. Yarımmüdafiəçi Premyer Liqanın 7 turunda 560 dəqiqə mübarizə aparıb. 

Anatoli Nuriyev 7 tur ərzində cəmi bir dəfə 90 dəqiqə sona qədər meydanda qalıb və ümumilikdə komandasının heyətində 510 dəqiqə keçirib. O, mu müddətdə 1 qol vurub ki, yayda sıralarını tərk etdiyi “Sumqayıt”ın darmadağınında (3:0) yaxından iştirak edib.

Həm avrokubokda, həm də Premyer Liqada “Qarabağ”a fayda verən Filip Ozobiç çempionatda tez-tez əvəzlənib. Hər halda, o, 6 oyunda cəmi 276 dəqiqə meydanda qalıb və 1 dəfə fərqlənməyə imkan tapıb. Halbuki, bu mövsüm avrokubokda 7 oyun keçirib və meydanda olduğu 403 dəqiqə ərzində 2 qolla yadda qalıb. Premyer Liqanın son turunda isə 77-ci dəqiqədə Ramil Şeydayevi əvəzləyib.  

Hücumçular

Rüstəm Əhmədzadə "Qarabağ"la oyuna fasilədən dərhal sonra qoşulsa da, heç nə ilə yadda qalmadı. Əksinə, darmadağına şahid oldu. Ümumiyyətlə,  yayda iki avrokubok matçı da daxil olmaqla, "Zirə"nin heyətində 9 oyun keçirən gənc forvard hələ qol hesabını aça bilməyib.

Renat Dadaşov qrupdakı son iki matçda milliyə fayda verə bilər. Dadaşov hazırda yaxşı formadadır və İsveçrədə adından söz etdirə bilir. baxmayaraq ki, yayda "Qrosshoper"ə transfer olunan millimizin üzvü son turda "Bazel"ə böyükhesablı (1:5) yenilgiyə üzülüb, o, artıq 8 oyunda 3 qol vurmağı bacarıb.

Zədələr Mahir Emrelinin klubda mövqeyini əldən verməsi ilə nəticələndi. Digər tərəfdən, "Dinamo Zaqreb"in hücum xətti xeyli güclü olduğundan, millimizin hücumçusu hələki rəqabətdə uduzur. Emreli son oyunda cəmi 1 dəqiqə meydanda olub. O, bu mövsüm Xorvatiya təmsilçisinin heyətində bütün turnirlərdə 7 oyuna çıxıb və cəmi 1 dəfə fərqlənə bilib.      

Musa Qurbanlı Premyer Liqada uğurlu mövsüm keçirir. Baxmayaraq ki, hər iki "cəbhə"də müntəzəm şans qazanmır. O, "Zirə" ilə oyunda əla göstərici ilə diqqət çəkdi. Gənc forvard əvəzolunmadan keçirdiyi matçda 28 dəqiqə ərzində 4 qol vuraraq, Premyer Liqada həm özünün, həm də cari mövsümün ilk pokerini rəsmiləşdirdi. Artıq Musanın aktivində 7 qol var və çempionatın şərikli bombardiridir. 


Musa Qurbanlı kimi, Ramil Şeydayev də 7 qol vurub. O, son turda bir dəfə fərqlənməyi bacarıb. Baş məşqçi Qurban Qurbanovun həm avrokuboklarda, həm də Premyer Liqada daim güvəndiyi forvard yalnız daxili yarışda məhsuldarlıq nümayiş etdirir. O, bu mövsüm ÇL və AL-də 10 oyuna çıxsa da, rəqib qapısına yol tapa bilməyib.



Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

22:44

Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X