İtaliya millisinin Millətlər Liqasının pley-off mərhələsi üçün heyəti bəlli olub.
Fanat.Az xəbər verir ki, federasiyanın rəsmi saytı kubok uğrunda mübarizə aparacaq "26-lığ"ı açıqlayıb.
“Skuadra Azzurra”ya bu futbolçular dəvət olunub:
Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (Napoli), Qulyelmo Vikario (Empoli).
Müdafiəçilər: Federiko Baskirotto (Leççe), Leonardo Bonuççi (Yuventus), Alessandro Buoncorno (Torino), Covanni Di Lorentso (Napoli), Alessandro Florentsi (Milan), Federiko Qatti (Yuventus), Leonardo Spinaçiola (Roma), Rafael Toloy (Roma).
Yarımmüdafiəçilər: Brayan Kristante (Roma), Davide Frattezi (Sassuolo), Jorjinyo (Arsenal), Manuel Lokatelli (Yuventus), Lorentso Pelleqrini (Roma), Matteo Pessina (Montsa), Marko Verratti (PSJ), Nikolo Dzanyolo (Qalatasaray).
Hücumçular: Domeniko Berardi (Sassuolo), Federiko Kyeza (Yuventus), Vilfrid Nyonto (Lids), Çiro İmmobile (Latsio), Cakomo Raspadori (Napoli), Mateo Reteqi (Tiqre), Mattia Dzakkani (Latsio).
İtaliya Millətlər Liqasının yarımfinalında İspaniya ilə qarşılaşacaq. Matç iyunun 15-də baş tutacaq.