Portuqaliya millisinin 39 yaşlı ulduzu Kriştianu Ronaldu karyerası ərzində 48-ci yığmaya qol vurub.
Fanat.Az xəbər verir ki, Millətlər Liqasında Şotlandiyayay qarşı ev oyununda (2:1) fərqlənib ki, bu da dünya futbolunda yeni rekorddur.
"Əl-Nəsr"in hücumçusu 88-ci dəqiqədə rəqib qapısına yol taparaq, meydan sahiblərinə qələbə qazandırıb. Bu Ronaldunun karyerasında 901-ci qol olub.