İtaliya millisinin baş məşqçisi Luçano Spalletti Millətlər Liqasının 2-ci turu çərçivəsində bu gün qonaq qismində İsrailə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun sözlərini belə çatdırıb:
"İndi bizim millidə Roberto Baco, Alessandro Del Pyero və ya Françesko Totti kimi oyunçular yoxdur. Amma müxtəlif bacarıqlara malik gənclərimiz var. Onlar ümumi hədəf naminə özlərini qurban verməyə hazırdırlar. Fransa ilə oyunda milli yalnız komanda deyil, qardaşlardan qurulmuş kollektiv kimi mübarizə apardı. Məhz bu məqam çox çətinliklərin açarıdır".
Xatırladaq ki, İtaliya Millətlər liqasının 1-ci turunda səfərdə Fransanı 3:1 hesabı ilə üstələyib.
Nihat