Bu gün UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində daha 8 matç baş tutub.
Fanat.Az xəbər verir ki, A, B və C liqalarında yer alan yığmalar üz-üzə gəliblər.
B Liqasında Türkiyə evdə İslandiyanı inamla yenib. A Liqasının 2-ci qrupunda Fransa öz meydanında Belçikanı, İtaliya yığması qonaq qismində İsraili məğlub edib. Qazaxıstan yığması isə səfərdə Sloveniyaya uduzub - 0:3.
UEFA Millətlər Liqası, 2-ci tur
9 sentyabr
A Liqası, 2-ci qrup
Fransa – Belçika 2:0
Qollar: Kolo Muani, 29. Dembele, 57.
İsrail – İtaliya 1:2
Qollar: Abu Fani, 90 – Frattezi, 38. Kin, 62.
Xal: İtaliya – 6, Fransa – 3, Belçika – 3, İsrail – 0
B Liqası, 3-cü qrup
Norveç – Avstriya 2:1
Qollar: Myure, 9. Holand, 80 – Zabitser, 37.
Sloveniya – Qazaxıstan 3:0
Qollar: Şeşko, 23; 28; 63.
Xal: Sloveniya – 4, Norveç – 4, Avstriya – 1, Qazaxıstan – 1
B Liqası, 4-cü qrup
Türkiyə – İslandiya 3:1
Qollar: Aktürkoğlu, 2; 52; 88 – Palsson, 37.
Monteneqro – Uels 1:2
Qollar: Kamaj, 73 – Mur, 1. Uilson, 3.
Xal: Türkiyə – 4, Uels – 4, İslandiya – 3, Monteneqro – 0
C Liqası, 2-ci qrup
Kipr – Kosovo 0:4
Qollar: Muriqi, 9; 21. Rrahmani, 48. Dellova, 55.
Rumıniya – Litva 3:1
Qollar: Mihaila, 4. Marin, 87-pen. Mitrita, 90+2 – Kuçis, 34.
Xal: Rumıniya – 6, Kosova – 3, Kipr – 3, Litva – 0