Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Millətlər Liqasının 2-ci turunda Şotlandiya üzərində qazandıqları qələbədən (2:1) sonra sosial şəbəkə hesablarında paylaşım edib.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in formasını geyinən 39 yaşlı superulduz ürək sözlərini bu şəkildə bölüşüb:
"İki oyun - iki qələbə. Dəstəyə görə təşəkkürlər, Portuqaliya!".
Xatırladaq ki, Ronaldu Şotlandiya ilə matçın 88-ci dəqiqəsində komandasının qələbə qoluna imza atıb.
Nihat