
Bu gün Azərbaycan və Lixteynşteyn milliləri üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, matç 0:0 hesabı ilə yekunlaşıb.
Görüşdən sonra qonaqların baş məşqçisi Konrad Fyunfştyuk jurnalistlərin suallarını cavablandırıb:
"AFFA-ya təşəkkürümü bildirirəm. İlk dəfə Azərbaycana gəlirəm. Çox gözəl şərait yaratdılar. Azərbyacanlıların qonaqpərvərliyi ilə tanış oldum".
- Oyun başa çatandan sonra coşqu ilə bərabərliyi qeyd etdiniz. Bunun səbəbi nə idi?
- 40 min əhalisi olan ölkə kimi biz favorit deyildik. Matça yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin 20 milyon dəyəri var. Bu nəticə əldə etməyimiz bizi çox sevindirdi.
- Sizin komandanızın da çoxlu şansları oldu. Bu barədə nə düşünürsünüz?
- Nəticə hər iki komandaya bir xal gətirdi. Rəqibin də bizim də xeyli şanslarımız oldu.
- Hücumda yaxşı çıxış etdiniz. Komandanın cəsarəti barədə nə deyə bilərsiniz?
- Biz hər xala sevinirik. Şanslarımız oldu, istifadə edə bilmədik. Son 3 oyunun nəticələrindən razıyam. Təəssüf ki, şansları dəyərləndirə bilmədik.
- Lixtenşteyn futbolçularının başqa sahələrdə çalışdıqları doğrudur?
- Biz peşəkar komanda deyilik. Hər bir komanda kimi bizim də planlarımız olur. Oyunçularımız futboldan az qazanırlar və başqa sahələrdə çalışırlar. Futbolçularımız cəsarətlərini göstərdilər.
Əlisahib İbrahimli