20:55 21.09.2023 606

“Bu xəbər bizə müsbət mənada təsir etməyə bilməzdi”

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində ikinci oyununa çıxan Azərbaycan millisi dogma meydanda Niderlandı böyük hesabla məğlub edib.

Fanat.Az xəbər verir ki, matçın ilk dəqiqəsindən sonuna qədər meydanda olan kapitan Emin Kürdov qarşılaşmadan sonar azfutzal.az-a açıqlama verib:

“Komanda olaraq əla oynadıq. Kimisə fərdi qaydada seçmək, fərqləndirmək istəməzdim. Ümumiyyətlə, Azərbaycan millisi nə vaxt ki, öz oyununu oynaya bilir, onun qarşısında dayanmaq çətin olur. Müdafiədə kompakt oynamaq, səhvə yol verməmək əsas özəlliyimizdir. Onsuz da oyun ərzində qol epizodu yaradırsan. Qalır həmin anda düzgün mövqe seçmək, epizodu reallaşdırmaq.

Oyun həm də ölkəmiz üçün əhəmiyyətli günlərdə baş tutdu. Azərbaycan ordusu 24 saat ərzində antiterror əməliyyatını uğurla başa vurdu və separatçıları  tərkisilah olmağa məcbur etdi. Təbii ki, bu xəbər bizə müsbət mənada psixoloji olaraq təsir etməyə bilməzdi. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi hər zaman ehtiramla anırıq”.

Qapıçı son iki oyundan sonra komandaların şansları haqda da danışıb: “Hazırda turnir cədvəlində komandalar bir-birinə yaxın pillələrdə yer alıb. Qazaxıstan 6 xalla liderdir, Rumıniya və millimizin 3 xalı var. Top fərqinin göstəricisinə görə komandamız üstün olsa da, aramızdakı matçın nəticəsi Rumıniyaya 2-ci pillədə qərarlaşmaq imkanı verir. Halbuki birinci oyunda da üstünlük tərəfimizdə idi, qol epizodlarımız daha çox oldu, sadəcə reallaşdıra bilmədik. İdman xoşbəxtliyi tərəfimizdə olmadı”.

O, Qazaxıstanla oyunöncəsi azarkeşlərə səslənib: “Oktyabrın 6-da əsas rəqibimiz olan Qazaxıstanla qarşılaşacağıq. Bu görüşdə xal itirməsək, liderlik uğrunda mübarizə üçün şansımız çoxalacaq. Ona görə də azarkeşlərimizə səslənirəm, gəlin, tribunaları doldurun, komandamızı sona qədər dəstəkləyin. Onların tribunada yer alaması bizə əlavə stimul verir”.

Təcrübəli qolkiper Niderlandla oyunda rəqibin vurduğu qolla bağı vəziyyətə də aydınlıq gətirib: “Niderlandla oyunda sarı vərəqə aldığım epizoda gəldikdə, top qapı xəttini keçməmişdi. Dəqiq görmüşdüm, çünki hər şey gözümün qabağında baş verdi. Sadəcə, həmin anda səbirli olmaq lazımdı, mən də emosialarımı sakitləşdirə bilmədim. Oyun zamanı belə hallar olur. Futzala rəng qatan məqamlardır. Ümud edirəm ki, Qazaxıstanla oyun da komandamız üçün uğurla başa çatar. Gələn həftə ölkə çempionatı da start götürəcək. Komandalara uğurlar arzulayıram”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

19:11

MPL: "Kəpəz" hesabı açdı - YENİLƏNİR

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

Facebookdan bizi izləməyi unutmayın.
X