19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin keçmiş baş məşqçisi Ağatahir Əzimov yeni vəzifəyə təyin olunub.
Fanat.Az xəbər verir ki, son 4 ildə milliyə başçılıq edən mütəxəssis seleksiyaçı-məşqçi təyin olunub.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
O, gənc və perspektivli futzalçıların U-19 və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.
Qeyd edək ki, uzun müddət Azərbaycan millisinin üzvü olmuş Ağatahir Əzimofun rəhbərliyi altında U-19 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib. O, ürək əməliyyatı keçirdiyi üçün baş məşqçi postundan ayrılmışdı.